Polşa futbolunda danışılmış oyunlarla bağlı ciddi qalmaqal gündəmə gəlib. Matc.az xəbər verir ki, Polşa Futbol Assosiasiyası aşağı liqalarda çıxış edən 10 futbolçunun şübhəli oyunlarla əlaqədar müvəqqəti uzaqlaşdırıldığını açıqlayıb. 
 
Söhbət ölkənin üçüncü divizionunda və daha aşağı liqalarda çıxış edən oyunçulardan gedir. Federasiya futbolçuların hansı konkret qarşılaşmalarla əlaqələndirildiyini açıqlamayıb. Onların futboldan nə qədər müddətə kənarlaşdırılacağı da hələlik məlum deyil. 
 
Hadisə ölkədə idman prinsiplərinin qorunması ilə bağlı müzakirələri yenidən gündəmə gətirib. Araşdırmanın nəticələrinin hansı intizam tədbirlərinə səbəb olacağı gözlənilir. Polşa futbolunda bu hadisənin digər mümkün iştirakçılarının olub-olmadığı da diqqət mərkəzindədir.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest