Maurisio Poçettino klubun transfer qərarlarında iştirak etmək istəyir. Matc.az xəbər verir ki, “Mançester Yunayted”in yeni baş məşqçisi Maurisio Poçettino komandada daha geniş səlahiyyətlərə sahib olmaq niyyətindədir.

Argentinalı mütəxəssis bildirib ki, əsas komandaya aid mühüm qərarların qəbulunda iştirak etmək istəyir.

O, heyətin formalaşdırılması və gələcək transfer strategiyasının müəyyənləşdirilməsində söz sahibi olmağı planlaşdırır.

Qeyd edək ki, klubda futbolçu transferlərinə hazırda idman direktoru Ceyson Uilkok rəhbərlik edir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest