Azərbaycan Premyer Liqasında 12-ci turun oyunları davam edir. Matc.az xəbər verir ki, turun ikinci oyun günündə daha iki qarşılaşma baş tutacaq.
Günün ilk matçında “Şamaxı” doğma meydanda “Turan Tovuz”u qəbul edəcək. Digər görüşdə isə “Şəfa” Sumqayıtda “Qəbələ” ilə üz-üzə gələcək.
Azərbaycan Premyer Liqası
21 noyabr (şənbə)
XII tur
14:30. “Şamaxı” – “Turan Tovuz”
Hakimlər: Emin Əliyev, Akif Əmirəli, Eyyub İbrahimov, Tural Qurbanov, Nicat İsmayıllı (VAR), Gülnurə Əkbərzadə (AVAR)
Stadion: Şamaxı şəhər stadionu
17:00. “Şəfa” – “Qəbələ”
Hakimlər: Əli Əliyev, Namiq Hüseynov, Orxan İbişov, Kamal Umudlu, İnqilab Məmmədov (VAR), Cəmil Quliyev (AVAR)
Stadion: “SOCAR Polymer Arena”
Turun digər oyunları
20 noyabr (cümə)
“Sumqayıt” – “Sabah” – 1:5
“İmişli” – “Zirə” – 2:2
22 noyabr (bazar)
14:30. “Araz-Naxçıvan” – “Neftçi”
17:00. “Kəpəz” – “Qarabağ”













