20 Noyabr 2026, 13:27
FUTBOL
İngiltərə Premyer Liqasında hakimlərin və VAR sisteminin fəaliyyəti yenidən ciddi müzakirə mövzusuna çevrilib. Matc.az “The Times” nəşqrinə istinadən xəbər verir ki, hakimlərə cavabdeh qurumun rəhbəri Hovard Vebb klubların nümayəndələri qarşısında çıxış edərək hakimlik səviyyəsinin yaxşılaşmalı olduğunu etiraf edib.
Son oyunlarda qeydə alınan səhvlər narazılığa səbəb olub. Müstəqil ekspertlərdən ibarət panel son turun qarşılaşmalarında altı hakim səhvi müəyyənləşdirib. Bu, Premyer Liqa tarixində bir həftəsonu üçün qeydə alınan ən yüksək göstəricilərdən biridir.
Xüsusilə “Arsenal”ın “Hall Siti” ilə oyununda Kay Havertsin cərimə meydançasında yıxıldığı epizodda penalti təyin edilməməsi mübahisə yaradıb. Panel hakim və VAR-ın qərarını səhv hesab edib.













