20 Noyabr 2026, 12:38
FUTBOL
UEFA İngiltərə millisinin azarkeşlərinin davranışına görə İngiltərə Futbol Assosiasiyasına şərti cəza tətbiq edib. Matc.az xəbər verir ki, İspaniya ilə UEFA Millətlər Liqası matçında baş verən ayrı-seçkilik xarakterli şüarlar səbəbindən İngiltərəyə səfər oyunlarına bir matçlıq azarkeş qadağası təhlükəsi yaradılıb.
Cəza iki il müddətinə şərti xarakter daşıyır.
Bu müddətdə oxşar pozuntu təkrarlanarsa, İngiltərə azarkeşləri növbəti səfər matçına buraxılmaya bilər.













