20 Noyabr 2026, 16:25
FUTBOL
Qadın futbolçulardan ibarət Azərbaycan millisi Səudiyyə Ərəbistanı seçməsi ilə iki yoxlama oyunu keçirəcək. Matc.az xəbər verir ki, bu barədə AFFA məlumat yayıb.
Siyasət Əsgərovun baş məşqçisi olduğu kollektiv noyabrın 24-dən dekabrın 5-dək Bakıda təlim-məşq toplanışında olacaq.
Qarşılaşmalar dekabrın 2-də və 5-də Bayıl stadionunda baş tutacaq. Hər iki matç saat 15:00-da start götürəcək.
Təlim-məşq toplanışına dəvət alan futbolçuların siyahısı:
| Nr. | SOYAD | AD | KLUB |
| 1 | Şərifova | Aytac | Yüksekova Spor (Türkiyə) |
| 2 | Əliyeva | Nərgiz | Sabah FK |
| 3 | İsmayılova | Günay | Neftçi PFK |
| 4 | Cəfərzadə | Sevinc | Yüksekova Spor (Türkiyə ) |
| 5 | Hacıyeva | Nərgiz | FK Turan (Qazaxıstan) |
| 6 | Mirzaliyeva | Nigar | Hamburq (Almaniya) |
| 7 | Mollayeva | Manə | Neftçi PFK |
| 8 | Məmmədova | Kamilla | FK Şaxtyor (Qazaxıstan) |
| 9 | Dorofeeva | Alina | FK Rubin Kazan (Rusiya) |
| 10 | Acar | Yeliz | Beşiktaş (Türkiyə) |
| 11 | Manya | Esra | Beşiktaş (Türkiyə) |
| 12 | Nəhmədova | Alina | Safir SK (Türkiyə) |
| 13 | Muradova | Aysun | Şile BilgiDoğa (Türkiyə) |
| 14 | Bozdag | Peritan | Fenerbahçe (Türkiyə) |
| 15 | Seyfəddinova | Vüsalə | Neftçi PFK |
| 16 | Məhsimova | Jalə | Neftçi PFK |
| 17 | Bakarandze | Kristina | Nike Lusso (Gürcüstan) |
| 18 | Rəhimova | Milana | Ünyespor (Türkiyə) |
| 19 | Rəhimova | Sona | Neftçi PFK |
| 20 | Nəsirova | Şəfəq | Neftçi PFK |
| 21 | Curuqova | Mədinə | Neftçi PFK |
| 22 | Hacıyeva | Vüsalə | Liman FK |
| 23 | Məmmədova | Diana | FK Rubin Kazan (Rusiya) |













