17 Noyabr 2026, 18:51
FUTBOL
Türkiyənin “Beşiktaş” klubu “Mançester Yunayted”in mərkəz müdafiəçisi Matteys de Liqtin xidmətində maraqlıdır. Matc.az xəbər verir ki, bu barədə TEAMtalk nəşri məlumat yayıb. İstanbul təmsilçisi qış transfer pəncərəsində niderlandlı futbolçunu icarəyə götürməyi planlaşdırır.
Məlumata görə, uzunmüddətli zədəsini geridə qoymağa çalışan De Liqt daha çox oyun praktikası qazanmaq istəyir. “Mançester Yunayted” rəhbərliyinin isə 27 yaşlı müdafiəçini icarəyə göndərməyin nə dərəcədə məqsədəuyğun olacağı ilə bağlı tərəddüdləri var.
Bununla belə, İngiltərə klubu futbolçunu birdəfəlik satmağa hazır olduğu təqdirdə onun transfer qiymətini 30 milyon avro müəyyənləşdirib.
Qeyd edək ki, De Liqt bu mövsüm Çempionlar Liqasında iki oyunda meydana çıxıb. Niderlandlı müdafiəçinin “Mançester Yunayted”lə müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir. “Transfermarkt” portalı onun bazar dəyərini 25 milyon avro qiymətləndirir.













