17 Noyabr 2026, 19:14
FUTBOL
“Mançester Yunayted” “Nyukasl”ın və Almaniya millisinin müdafiəçisi Malik Tiavın transferi ilə maraqlanır. Matc.az xəbər verir ki, bu barədə “Sky Sport Germany” məlumat yayıb. Bildirilir ki, “qırmızı şeytanlar” 25 yaşlı futbolçunu yay transfer pəncərəsində heyətinə qatmağa cəhd edə bilərlər.
“Nyukasl” Tiavı 80 milyon avrodan aşağı məbləğə satmaq niyyətində deyil. Bu isə müdafiəçinin mümkün transferini kifayət qədər bahalı edə bilər.
Qeyd edək ki, Malik Tiav bu mövsüm bütün turnirlərdə 10 oyunda meydana çıxıb və bir məhsuldar ötürmə ilə yadda qalıb. Onun “Nyukasl”la müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir. “Transfermarkt” portalı almaniyalı futbolçunun bazar dəyərini 50 milyon avro qiymətləndirir.













