UEFA Fransa Futbol Federasiyasının prezidenti Filip Diallonun FİFA prezidentliyinə namizədliyini dəstəkləyib. Matc.az xəbər verir ki, bu barədə Avropa futbol qurumunun rəhbərliyi qərar qəbul edib. Diallo 2027-ci il martın 18-də keçiriləcək seçkilərdə hazırkı FİFA prezidenti Canni İnfantinoya rəqib olacaq.
 
Məlumata görə, UEFA rəhbərliyi fransalı funksionerin namizədliyini yekdilliklə dəstəkləyib. Bu qərar qarşıdakı prezident seçkilərində rəqabətin daha da güclənəcəyindən xəbər verir.
 
Qeyd edək ki, Canni İnfantino 2016-cı ildən FİFA-ya rəhbərlik edir. Filip Diallo isə 2023-cü ildən Fransa Futbol Federasiyasının prezidentidir.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest