Braziliya millisinin sabiq yarımmüdafiəçisi Felipe Melo Kriştiano Ronaldonun anası Dolores Aveyruya dəstək olub və Portuqaliya millisinin ulduz futbolçuya münasibətini sərt tənqid edib. Matc.az xəbər verir ki, keçmiş futbolçu Ronaldunun milli komandada layiq olduğu hörməti görmədiyini bildirib.
 
 
Dolores Aveyru daha əvvəl oğluna qarşı münasibətə görə Portuqaliya millisinin ünvanına tənqidi fikirlər səsləndirmiş, komandanın Millətlər Liqasında Danimarkaya 1:4 hesablı məğlubiyyətinə sevindiyini bildirmişdi. Felipe Melo isə Ronaldonun Portuqaliya futbolunun tarixində müstəsna yer tutduğunu vurğulayıb:
 
 
“Xanım, sizinlə tamamilə razıyam. Ronaldo kimi əfsanəyə qarşı belə davranmaq biabırçılıq və nankorluğun ən yüksək həddidir. Kriştianonun kim olduğunu sanki unudublar. Ronaldodan əvvəlki və sonrakı Portuqaliya arasında böyük fərq var.
Onun gəlişindən əvvəl Portuqaliya millisinin heç bir böyük titulu yox idi. Kriştiano ilə komanda Avropa çempionu oldu və iki dəfə Millətlər Liqasını qazandı. Portuqaliya nəhayət, dünya futbolunda layiqli hörmət qazandı.
 
Onun yaşını, start heyətində yer alıb-almamalı olduğunu müzakirə etmək olar. Ancaq hörmət məsələsi müzakirə mövzusu deyil. Kriştianu böyük futbolçu olmaq üçün heç vaxt Portuqaliyaya möhtac olmayıb. Əksinə, Portuqaliya Ronaldusuz bugünkü futbol tarixini yaza bilməzdi.
Öz tarixinə hörmət etməyən insan nankordur. Ronaldunun qədrini bilin! O olmasaydı, Portuqaliya heç kim idi”.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest