UEFA Millətlər Liqasında qrup mərhələsinin VI turu çərçivəsində növbəti oyunlar keçirilib. Matc.az xəbər verir ki, gün ərzində 6 qrupda ümumilikdə 10 qarşılaşma baş tutub.

A Liqasında Almaniya Niderland üzərində darmadağınla qələbə qazanıb. Serbiya isə səfərdə Yunanıstana məğlub olub.

Azərbaycan millisinin mübarizə apardığı D Liqasının 2-ci qrupunda Litva və Lixtenşteyn komandaları üz-üzə gəlib. Görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, bu nəticədən asılı olmayaraq, Azərbaycan millisi qrupu birinci pillədə başa vurub.

Digər tərəfdən, növbəti mövsümdən etibarən Millətlər Liqasının formatında dəyişiklik ediləcək. D Liqası ləğv olunacaq və bu liqada mübarizə aparan bütün komandalar, o cümlədən Azərbaycan millisi C Liqasında çıxış edəcəklər.

A Liqası

Qrup 2

Almaniya - Niderland - 5:0

Qollar: Şerhant, 41, Virtz, 60; 71, Şlotterbek, 65, Qruda, 77

Yunanıstan - Serbiya - 1:0

Qol: Masouras, 69

B Liqası

Qrup 1

Şimali Makedoniya - Sloveniya - 0:3

Qollar: Şturm, 29; 90+1, Zek, 66

İsveçrə - Şotlandiya - 4:0

Qollar: Ferqyusson, 22-avtoqol, Boteli, 47, Sançes, 51, Amdouni, 89

C Liqası

Qrup 3

Farer adaları - Moldova - 1:0

Qol: Samuelsen, 24

Qazaxıstan - Slovakiya - 2:2

Qollar: Çesnokov, 29 (1:0), Bozenik, 56 (1:1), Voroqovski, 65 (2:1), Kapralik, 90+5 (2:2)

Qrup 4

Estoniya - Bolqarıstan - 2:1

Qollar: Kristal, 8 (1:0), Kovaçev, 45+1 (1:1), Palumets, 60 (2:1) 

İslandiya - Lüksemburq - 3:0

Qollar: Villumsson, 25, Qudyonsen, 37-pen., Ellertsson, 50

D Liqası

Qrup 1

Cəbəllütariq - Malta - 1:1

Qollar: Şou, 19 (0:1), Riçards, 81 (1:1)

Qrup 2

Litva - Lixtenşteyn - 2:1

Qollar: Yankauskas, 16 (1:0), Ruzgis, 50-pen. (2:0), Sele, 60 (2:1)

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest