"Bu günə qədər bu komanda ilə fəxr edirdim. Lakin bugünkü çıxış məni şoka saldı”

“Çox üzgünəm, məyusam və ruhdan düşmüşəm. Bu günə qədər bu komanda ilə fəxr edirdim. Lakin bugünkü çıxış məni şoka saldı”. Matc.az xəbər verir ki, bunu Niderland yığmasının baş məşqçisi Xavi deyib. 
 
O, UEFA Millətlər Liqasının altıncı turunda Almaniyaya 0:5 hesabı ilə uduzduqları oyunu şərh edib. Xavi komandanın səviyyəsindən narazı qaldığını gizlətməyib və baş verənləri təhlil etməyə çalışdığını bildirib: “Hər bir vəziyyəti təhlil etməyə çalışıram. Vəziyyət budur, amma bu, qəbuledilməzdi. Bu gündən etibarən çox şeyi dəyişməliyik. Bu, rüsvayçılıqdır”. 
 
Niderland mediası yazır ki, Xavi paltardəyişə otağında futbolçulara dediklərini mətbuat qarşısında da təkrarlayıb.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest