10 Noyabr 2026, 14:22
FUTBOL
Türkiyə Super Liqasının təmsilçilərindən “Amedspor” sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Matc.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 10 noyabr – Mustafa Kamal Atatürkü Anma Günü ilə əlaqədar Super Liqa klublarının əksəriyyəti sosial şəbəkə hesablarında anım mesajları yayımlayıb.
Lakin Diyarbəkir təmsilçisi “Amedspor”un rəsmi hesablarında bu günlə bağlı hər hansı paylaşım edilməməsi diqqət çəkib.
Bu hal Türkiyə sosial şəbəkələrində müzakirələrə yol açıb.
Qeyd edək ki, digər Super Liqa klubları Atatürkün xatirəsini ehtiramla yad edən paylaşımlar ediblər.













