“Şəfa” futbol üzrə Azərbaycan Kubokunun II təsnifat mərhələsində “Ağstafa Gəncləri”ni böyük hesabla məğlub edib. Matc.az xəbər verir ki, qarşılaşma Premyer Liqa təmsilçisinin 9:2 hesablı qələbəsi ilə başa çatıb.

Günün digər oyunlarında “İmişli” “Qaradağ Lökbatan”ı 4:1, “Şamaxı” “Hypers”i 5:1, “Şahdağ Qusar” isə MOİK-i 9:1 hesabı ilə üstələyib.

Günün sonuncu matçında “Kəpəz” “Baku Sportinq”lə qarşılaşacaq.

Qeyd edək ki, II təsnifat mərhələsinin oyunları oktyabrın 29-da başa çatacaq. Ötən gün keçirilən görüşlərdə “Araz-Naxçıvan” “Şimal”ı 6:0, “Marafon” “Zaqatala”nı 1:0, “Sumqayıt” “Kür-Araz”ı 11:0, “Qəbələ” “Mingəçevir”i 3:0 hesabı ilə məğlub edib. “Zirə” isə “Səbail”i penaltilər seriyasında 3:2 hesabı ilə üstələyib. Əsas vaxt 2:2 hesabı ilə başa çatıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest