28 Oktyabr 2026, 15:58
FUTBOL
“Barselona”nın futbolçusu Lamin Yamalın atası Munir Nasraui yenidən qalmaqalla gündəmə gəlib. Matc.az xəbər verir ki, Barselona hava limanında gödəkçəsini icazə verilməyən yerə qoyduğu üçün iradla qarşılaşan Nasraui kafeteriya əməkdaşı ilə mübahisə edib. İddialara görə, o, qadının üzünə tüpürüb, daha sonra isə onu müdafiə edən sərnişinə stul atmağa cəhd göstərib.
Qeyd edək ki, bu, Nasraui ilə bağlı son günlərdə yayılan ikinci insidentdir. O, bundan əvvəl Londonda “Qızıl top” mükafatlandırma mərasimindən sonra baş verən qalmaqalda da iştirak edib.













