28 Oktyabr 2026, 16:45
FUTBOL
Oktyabrın 25-də keçirilən “Sabah” – “Qarabağ” qarşılaşmasında Ağdam təmsilçisinin azarkeşləri rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndiriblər.
Premyer Liqanın IX turunda “Sabah”la oyunda azarkeşlərinin davranışına görə “Qarabağ” klubu cərimələnib.Matc.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin iclasında qərar qəbul olunub.
Oktyabrın 25-də keçirilən “Sabah” – “Qarabağ” qarşılaşmasında Ağdam təmsilçisinin azarkeşləri rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndiriblər.
Bu hal cari mövsümdə ikinci dəfə təkrarlandığı üçün “Qarabağ” klubu 6000 manat cərimə edilib.
Qərar İntizam Məcəlləsinin 52.5-ci maddəsinə əsasən qəbul olunub.













