28 Oktyabr 2026, 12:24
FUTBOL
“Qalatasaray” və “Fənərbağça” arasında keçirilən derbidən sonra baş verən insidentlə bağlı iki futbolçunun ağır cəza alması gündəmə gəlib. Matc.az xəbər verir ki, “Qalatasaray”ın müdafiəçisi Abdülkerim Bardakçı və “Fənərbağça”nın futbolçusu Arçi Braun qarşılaşmanın final fitindən sonra baş verən qarşıdurma zamanı qırmızı vərəqə alıblar.
Türkiyə mətbuatının məlumatına görə, futbolçuların mümkün cəzaları ilə bağlı intizam prosesi diqqət mərkəzindədir. İntizam qaydalarının müvafiq maddəsi üzrə 5-10 oyunluq diskvalifikasiya ehtimalı var.
Hələlik futbolçuların alacağı yekun cəza ilə bağlı rəsmi qərar açıqlanmayıb.
Mahir AXUND













