28 Oktyabr 2026, 14:47
FUTBOL
İngiltərənin “Çelsi” klubu “Mançester Siti”nin yarımmüdafiəçisi Mateo Kovaçiçi geri qaytarmağı nəzərdən keçirir. Matc.az xəbər verir ki, London təmsilçisi yarımmüdafiə xəttindəki kadr çatışmazlığı səbəbindən bu transfer variantını araşdırır.
32 yaşlı xorvatiyalı futbolçunun “Mançester Siti” ilə müqaviləsi 2027-ci ilin yayında başa çatır. O, 2023-cü ildə “Çelsi”dən ayrılaraq Mançester klubuna keçib.













