28 Oktyabr 2026, 09:26
FUTBOL
“Arsenal”ın keçmiş yarımmüdafiəçisi Samir Nasri “Bavariya”nın ingilis hücumçusu Harri Keynin 2026-cı il “Qızıl top” mükafatını qazanması ilə bağlı fikirlərini bölüşüb. Matc.az xəbər verir ki, fransalı futbolçu bu qərarı başa düşmədiyini bildirib.
“Bunu heç cür başa düşə bilmirəm. O, hətta Bundesliqanın da ən yaxşı oyunçusu deyil - bu ada Olise layiqdir. 2026-cı il dünya çempionatında Keyn hətta İngiltərə yığmasının da ən yaxşı oyunçusu deyildi. O, bu mükafatı hansı əsasla alıb? Sadəcə, vurduğu qollara görəmi?” – deyə, Nasri əlavə edib.
O bildirib ki, mükafatı Keynə yox, Yamala verərdi.
Qeyd edək ki, 2025/2026 mövsümündə Keyn “Bavariya” və milli komandanın heyətində keçirdiyi 65 oyunda 73 qol vurub.













