“Brayton”un baş məşqçisi Fabian Hürtseler Karrikin xələfi kimi nəzərdən keçirilmir. Bunun əsas səbəbi alman mütəxəssisi komandaya gətirmək üçün ödənilməli olan böyük təzminatdır.

“Mançester Yunayted” rəhbərliyi Premyer Liqanın 9-cu turunda “Çelsi” ilə oyundan əvvəl baş məşqçi Maykl Karriki vəzifəsindən uzaqlaşdırmağı planlaşdırırdı. Lakin klub onun yerinə gələcək namizədlə bağlı razılığa gələ bilməyib.

Matc.az “The Sun” nəşrinə istinadən xəbər verir ki, rəhbərlik nəzərdən keçirdiyi namizədlərin heç birini uyğun hesab etməyib.

“Brayton”un baş məşqçisi Fabian Hürtseler Karrikin xələfi kimi nəzərdən keçirilmir. Bunun əsas səbəbi alman mütəxəssisi komandaya gətirmək üçün ödənilməli olan böyük təzminatdır.

“Aston Villa”nın baş məşqçisi Unay Emeri isə “Mançester Yunayted”də bəyənilən namizədlərdən biri sayılır. Bununla belə, ispaniyalı mütəxəssisin Birmingem təmsilçisi ilə 2029-cu ilin sonunadək müqaviləsi var və onun dəvət edilməsi klub üçün çox baha başa gələrdi.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest