"Sabah" - "Slaviya" oyununda komandaların ilk zərbəni endirməsinə qədər olan müddət 2003/04 mövsümündən bəri (bu cür statistika aparılmağa başladığı vaxtdan) mövsümün ən uzun zaman kəsiyi kimi qeydə alınıb.

Matc.az xəbər verir ki, bu barədə "OptaJoe" idman nəşri məlumat yayıb.

Bildirilir ki, komandalar ilk zərbəni yalnız 35-ci dəqiqədə endiriblər. Matçın baş hakimi Sebastyan Gişamer Kahim Parrisin 17-ci dəqiqədə vurduğu qolu qeydə alsaydı, bu rekord müəyyənləşməyə bilərdi, lakin həmin qol ofsayd səbəbindən ləğv edilib.

Qarşılaşma "Sabah"ın Çempionlar Liqasının əsas mərhələsindəki ilk qələbəsi ilə başa çatıb (2:0).

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest