Portuqaliyanın "Amora" klubunun 13 yaşlı futbolçusu Duarte Martins vəfat edib.

Matc.az xəbər verir ki, bu barədə "A Bola" nəşri məlumat yayıb.

Bildirilir ki, gənc oyunçunun ölüm səbəbi açıqlanmır. Hadisədən bir neçə gün əvvəl yeniyetmə futbolçu komandasının heyətində iki qol vurub. Baş verən faciə ilə əlaqədar "Amora" klubu bütün idman fəaliyyətini müvəqqəti olaraq dayandırmaq qərarına gəlib.

Qeyd edək ki, hazırda "Amora" Portuqaliyanın dördüncü divizionunda çıxış edir. Martins bu kluba keçməzdən əvvəl "Kova-da-Pyedade" komandasının heyətində yer alıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest