13 Oktyabr 2026, 13:26
FUTBOL
Təcrübəli müdafiəçi Daniel Karvaxal "Xetafe" klubunun oyunçusu olub.
Matc.az xəbər verir ki, bu barədə İspaniya klubunun mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, 34 yaşlı futbolçu 2026/27 mövsümünün sonuna qədər müqavilə imzalayıb. O, iyul ayından, "Real" ilə müqaviləsi başa çatdıqdan sonra azad agent statusunda idi.
İspaniyalı müdafiəçi Madrid klubunun heyətində 451 oyun keçirib, bu qarşılaşmalarda 14 qol vurub və 62 məhsuldar ötürmə edib.













