"Milan" Strahinya Pavloviç ilə əməkdaşlığı uzatmaq barədə razılığa gəlib.

Matc.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romanyo məlumat yayıb.

Bildirilir ki, tərəflər arasında bağlanacaq yeni uzunmüddətli müqavilə 2031-ci ilin iyun ayına qədər qüvvədə olacaq. Serbiyalı mərkəz müdafiəçisinin klubla hazırkı sözləşməsi isə 2027-cy ilin iyununa qədər idi.

Qeyd edək ki, 25 yaşlı Pavloviç komandanın heyətinə 2024-cü ilin yayında Avstriyanın "Zalsburq" klubundan transfer olunub. O, ötən müddət ərzində İtaliya nəhənginin heyətində 80 matça çıxıb, 7 qol və 4 məhsuldar ötürmə ilə yaddaqalıb. Serbiyalı futbolçu 2024/25 mövsümündə komandanın İtaliya Superkubokunu qazanmasında da pay sahibi olub.

Pavloviç Serbiyanın milli komandasında keçirdiyi 59 qarşılaşmada 5 qol vurub, 1 məhsuldar ötürmə müəllifi olub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest