"Mançester Siti"nin hücumçusu Erlinq Haland karyerasını "Barselona"da davam etdirmək imkanını nəzərdən keçirir.

Matc.az xəbər verir ki, bu barədə "El Nacional" nəşri məlumat yayıb.

Bildirilir ki, 26 yaşlı norveçli Kataloniya klubunda Lamin Yamal ilə birlikdə çıxış etmək istəyir. Hücumçunun Mançester komandasındakı vaxtının başa çatdığını düşündüyü və mövsümün sonunda buradan ayrıla biləcəyi iddia edilir.

Halandın qərarına təsir edə biləcək digər bir hal kimi isə maliyyə qaydalarının mümkün pozulması ilə bağlı araşdırmalar çərçivəsində "Mançester Siti"yə qarşı tətbiq edilə biləcək potensial sanksiyalar göstərilir.

Norveçli futbolçunun nümayəndələri mümkün transferi "Barselona"nın prezidenti Joan Laporta ilə müzakirə etməyə hazırdırlar.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest