Azərbaycan Premyer Liqasının VIII turu çərçivəsində keçiriləcək "Qarabağ" - "Neftçi" ilə oyunun biletləri bu gün saat 12:00-dan etibarən satışa çıxarılıb.
Azərbaycan Premyer Liqasının VIII turu çərçivəsində keçiriləcək "Qarabağ" - "Neftçi" ilə oyunun biletləri bu gün saat 12:00-dan etibarən satışa çıxarılıb.
Matc.az xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, standart biletlərin qiyməti 5 AZN, VIP biletlərin qiyməti isə 15 AZN təşkil edir. Biletlər bu gün saat 12:00-dan etibarən iTicket.az platformasında onlayn şəkildə satışda çıxıb. Oyun günü isə azarkeşlər QR biletlərini stadionun kassalarından və ya eyni saytdan əldə edə bilərlər.
Stadiona girişin yalnız QR biletlə mümkün olacağı vurğulanıb. Azarkeşlərdən qeydiyyat zamanı şəxsi məlumatları düzgün yazmaqları xahiş olunur.
Qeyd edək ki, stadionun qapıları azarkeşlər üçün matçın start fitindən 120 dəqiqə əvvəl açılacaq.













