FİFA referisi Elçin Məsiyev UEFA Avropa Liqasının əsas mərhələsinin II turunda keçiriləcək oyuna təyinat alıb.
FİFA referisi Elçin Məsiyev UEFA Avropa Liqasının əsas mərhələsinin II turunda keçiriləcək oyuna təyinat alıb.
Matc.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, o, Sloveniyanın "Çelye" və Kiprin "Omoniya" komandaları arasında keçiriləcək qarşılaşmanı idarə edəcək. Baş hakimə Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcəklər. Fərid Hacıyev dördüncü hakim, Nicat İsmayıllı isə AVAR hakimi olacaq. VAR hakimi funksiyasını isə italiyalı Luka Payeretto yerinə yetirəcək.
Qeyd edək ki, oktyabrın 15-də Sloveniyanın Çelye şəhərində keçiriləcək görüş Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.













