"Venesiya" klubu baş məşqçi Covanni Stroppa ilə yollarını ayırdığını elan edib.

Matc.az xəbər verir ki, bu barədə İtaliya klubunun rəsmi internet saytı məlumat yayıb.

Bildirilir ki, 58 yaşlı mütəxəssis ötən 2025/26 mövsümünün yekunlarına əsasən komandanı A Seriyasına çıxarmışdı. Lakin komandanın onun rəhbərliyi altında İtaliya çempionatına qayıdışı uğurlu alınmayıb – 6 turda 6 məğlubiyyət qeydə alınıb, bu oyunlarda cəmi 5 qol vurulub və 16 qol buraxılıb.

İtaliyalı məşqçi son matçını oktyabrın 12-də keçirib, həmin görüşdə onun yetirmələri səfərdə "Atalanta"ya məğlub olublar (1:3).

"Venesiya" altı turdan sonra A Seriyasının 2026/27 mövsümünün turnir cədvəlində sonuncu – 20-ci pillədə qərarlaşıb.

Bundan başqa, Stroppanın keçmiş komandası İtaliya Kubokunun 1/16 finalında "Udineze"yə uduzaraq (1:2) turnirdən kənarlaşıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest