"Xetafe"nin sabiq futbolçusu Xavi Kaskero "Real"da çıxış edən gənc ulduz Arda Gülərin sahədəki mövqeyi ilə bağlı baş məşqçi Joze Mourinyoya çağırış edib.
Matc.az xəbər verir ki, veteran yarımmüdafiəçi türkiyəli futbolçunun mərkəzdə daha səmərəli ola biləcəyini müdafiə edib:
"Arda, Kilian Mbappe ilə birlikdə "Real"ın ən istedadlı oyunçusudur. Topu çox istifadə etdikdə komandanın oyunu da inkişaf edir. O, mərkəz xəttində komandaya çox şey qazandıra bilər".
Kaskero həmçinin Federiko Valverdenin sağ cinahda daha faydalı olduğunu və sürətindən orada daha yaxşı istifadə etdiyini qeyd edib. O, uluqvaylı futbolçunun sağ cinahda, Arda Gülərin isə mərkəzdə oynayacağı təqdirdə komandanın daha güclü olacağını vurğulayıb.
Qeyd edək ki, gənc ulduz cari mövsümdə "Kral klubu"nun heyətində rəsmi matçlarda komandanın uğurları üçün çalışır. Joze Mourinyonun rəhbərlik etdiyi "Real" növbəti matçını UEFA Çempionlar Liqası çərçivəsində İtaliyada "Roma"ya qarşı keçirəcək.













