"İnter Mayami"nin hücumçusu Lionel Messi bu il qalibə "Qızıl top" mükafatını təqdim etməyəcək.

Matc.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romanyo öz sosial şəbəkə hesabında məlumat yayıb.

Bildirilir ki, argetinalı futbolçu bu məqsədlə mərasimə dəvət olunmayıb. Hazırkı məqamda 39 yaşlı hücumçunun "Qızıl top"un qala gecəsində iştirakı belə təsdiqlənməyib.

Xatırladaq ki, Messi "Qızıl top" mükafatına namizəd olan 30 futbolçunun siyahısına daxil edilib.

Mükafatın təqdimetmə mərasimi oktyabrın 26-da, bazar ertəsi günü keçiriləcək. Tədbir Londonda baş tutacaq. Bu mərasim tarixdə yubiley – 70-ci tədbir olacaq.

Qalib FİFA reytinqində ilk 100 pillədə qərarlaşan ölkələrdən olan 100 jurnalistin səsverməsi nəticəsində müəyyənləşəcək.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest