"Mançester Yunayted"in müdafiəçisi Leni Yoro Fransanın PSJ klubunun transfer hədəfinə çevrilə bilər.
Matc.az xəbər verir ki, bu barədə "talkSPORT" nəşri məlumat yayıb.
Bildirilir ki, Paris klubunun skautları gənc müdafiəçinin Fransa və Belçika yığmaları arasında keçirilən və 4:1 hesabı ilə başa çatan UEFA Millətlər Liqası matçındakı oyununu yaxından izləyiblər. Bu qarşılaşma futbolçunun Fransa milli komandasının heyətində debüt matçı olub.
"Mançester Yunayted" Yoronu gələcək vəd edən oyunçu kimi nəzərdən keçirsə də, klub müdafiəçinin transferi ilə bağlı gələcək təklifləri dəyərləndirə bilər.
Qeyd edək ki, Yoro 2024-cü ilin yayından bəri "Mançester Yunayted"də çıxış edir. O, bu komandaya "Lill" klubundan 62 milyon avro və əlavə 8 milyon avro bonus qarşılığında transfer olunmuşdu. Keçid reallaşdığı an o, İngiltərə Premyer Liqası tarixində ən bahalı yeniyetmə futbolçu statusunu qazanmışdı.













