Türkiyə Futbol Federasiyasının (TFF) iclasından sonra futbolsevərlərin böyük maraqla gözlədiyi Türkiyə Superkuboku turnirinin təqvimi barədə rəsmi qərar qəbul edib.

Matc.az xəbər verir ki, bu barədə "Sporx" portalı məlumat yayıb.

Qəbul olunan qərara əsasən yarımfinal matçları 4 yanvar 2027-ci il bazar ertəsi və 5 yanvar 2027-ci il çərşənbə axşamı günlərində baş tutacaq. Turnirin böyük final müsabisəsi isə 9 yanvar 2027-ci il şənbə gününə təyin edilib.

Federasiya rəsmiləri bu il turnirin sonuncu dəfə 4 komandanın iştirakı ilə "dördlü final" sistemində təşkil olunacağını xüsusi olaraq vurğulayıblar.

Əsasnaməyə uyğun olaraq reallaşacaq püşkatmada son Superliqa çempionu "Qalatasaray" ilə Türkiye Kuboku finalçısı "Konyaspor", kubokun son sahibi "Trabzonspor" ilə isə çempionatın ikincisi "Fənərbaxça" qarşı-qarşıya gələcək.

Yarımfanalın qalibləri böyük kubok uğrunda final duelində qüvvələrini sınayacaqlar. Hansı cütlüyün hansı tarixdə meydana çıxacağı rəsmi püşkatma prosesindən sonra, qarşılaşmaların oynanılacağı stadionlar isə yaxın günlərdə bəlli olacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest