Bulqarıstanın "Botev" futbol klubunun prezidenti İliyan Filipov ötən gecə qətlə yetirilib. Qətl hadisəsi iş adamı komandasının oyunundan sonra evinə qayıdarkən baş verib.

Matc.az xəbər verir ki, bu barədə Bulqarıstanın "Nova" nəşri məlumat yayıb.

Bildirilir ki, Filipov başından açılan bir atəşlə öldürülüb. İş adamı evinin yaxınlığında güllələnib. Saxlanılanlar və ya axtarışda olan şəxslər barədə məlumat yoxdur. Hazırda hüquq-mühafizə orqanları şübhəli avtomobilləri saxlayır və cinayətkarı axtarırlar.

Filipovun yaşadığı yaşayış kompleksinin yaxınlığında meşəlik ərazinin olduğu qeyd edilir. Hüquq-mühafizə orqanlarının əməkdaşları qatilin iş adamını məhz orada gözlədiyini ehtimal edirlər. Cinayətin baş verdiyi rayon nisbətən yenidir və orada çoxlu yeni binalar var. Bununla əlaqədar yerli sakinlər dəfələrlə işıqlandırmanın zəif olmasından şikayətləniblər.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest