"Real"ın yarımmüdafiəçisi Cud Bellinqem ilin ən yaxşı ingilis futbolçusu seçilib.

Matc.az xəbər verir ki, o, bu mükafatı ardıcıl ikinci dəfə qazanıb.

Bellinqem 2023-cü ilin yayından bəri "Real"ın şərəfini qoruyur. 23 yaşlı yarımmüdafiəçinin hazırkı müqaviləsi 2029-cu ilin iyun ayının sonuna qədər qüvvədədir.

Ötən mövsüm o, "Real" ilə titul qazanmasa da, DÇ-2026-da İngiltərə milli komandasının əsas aparıcı oyunçularından biri olub. Britaniyalılar dünya çempionatında bürünc medallara sahib çıxıblar.

Cari mövsümdə futbolçu klubu ilə bütün turnirlərdə 7 matçda iştirak edib, 3 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. "Transfermarkt" Bellinqemin dəyərini 160 milyon avro qiymətləndirir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest