Tanınmış fransalı məşqçi Didye Deşam Türkiyə milli komandasına rəhbərlik etməkdən imtina edib.
Matc.az xəbər verir ki, bu barədə "Goal.com" idman nəşri məlumat yayıb.
Bildirilir ki, Türkiyə Futbol Federasiyasının rəhbərliyi komandanın 2026-cı il dünya çempionatındakı çıxışından narazı qalıb və hazırkı baş məşqçi Vinçenso Montellaya əvəzləyici axtarır.
Türkiyə yığmasında işləmək Deşama təklif olunsa da, o, bundan imtina edib. Mütəxəssis 2026-cı il dünya çempionatından sonra ayrıldığı Fransa millisinin sükanı arxasında keçirdiyi 14 ildən sonra yenidən fəaliyyətə qayıtmağa tələsmir.
Qeyd edək ki, 2018-ci ildə Deşam Fransa millisini tarixdə ikinci dəfə dünya çempionu tituluna daşımışdı. O, həmçinin məşqçilik karyerası ərzində "Monako", "Yuventus" və "Marsel" klublarında da çalışıb.













