Türkiyə və Fransa yığmaları UEFA Millətlər Liqasının A divizionunun I qrupundakı ilk oyunlarında üz-üzə gəlir.
Matc.az xəbər verir ki, İzmitdəki Kocaeli stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.
Almaniyalı hakim Feliks Svayerin idarə edəcəyi matça komandalar aşağıdakı heyətlərlə çıxacaqlar:
Türkiyə: 1. Uğurcan Çakır, 2. Zeki Çelik, 3. Merih Demiral, 5. Salih Özcan, 20. Ferdi Kadıoğlu, 14. Əbdülkərim Bardakçı, 11. Can Uzun, 16. İsmayıl Yüksək, 10. Arda Gülər, 18. Oğuzhan Aydın, 21. Barış Alper Yılmaz.
Fransa: 16. Mayk Menyan, 3. Adrien Trüffer, 4. Dayot Upamekano, 17. Maksans Lakrua, 5. Jül Kunde, 8. Manu Kone, 14. Adrien Rabio, 9. Rayan Şerki, 7. Usman Dembele, 11. Maykl Olise, 10. Kilian Mbappe.













