25 Sentyabr 2026, 14:27
FUTBOL
Paytaxt təmsilçisi portuqaliyalı qapıçı Tiaqo Silvanı heyətinə qatıb.
"Şəfa" klubu heyətini yeni qapıçı ilə gücləndirib.
Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, paytaxt təmsilçisi portuqaliyalı qapıçı Tiaqo Silvanı heyətinə qatıb. 26 yaşlı futbolçu ilə 2026/27 mövsümünün sonuna qədər müqavilə imzalanıb.
Qeyd edək ki, portuqaliyalı qolkiper son 3 mövsümü Azərbaycanda - "Zirə"də keçirib.
"Benfika"nın yetirməsi olan Tiaqo Silva ölkəsində isə "Vitoriya Gimaraeş", "Leyşoeş" və "Trofense" klublarının formasını geyinib.













