Niderland millisinin mərkəz müdafiəçisi Vircil van Deyklə UEFA Millətlər Liqasının qrup mərhələsinin I turunda Almaniya ilə oyundan (1:1) sonra jurnalist arasında gərgin dialoq yaşanıb.

Matc.az xəbər verir ki, bu barədə "Ataque Futbolero" məlumat yayıb.

Qarşılaşmanın başa çatmasından dərhal sonra miks-zonaya yollanan təcrübəli müdafiəçi ona suallar ünvanlayan mətbuat nümayəndəsinin tənqidi və provokativ yanaşmasına sərt reaksiya verib.

Adı açıqlanmayan jurnalistlə van Deyk arasında yaşanan həmin söz davası mətndə olduğu kimi təqdim edilir:

– Görünür, burada olmaq istəmirsən, elə deyilmi?
– Nəyi nəzərdə tutursan?

– Sən çox səssizsən...
– Bəzən bir şeyi birbaşa demək kifayətdir. Həmişə uzun monoloq aparmaq mümkün deyil.

– Amma sən həmişə suallara qısa cavablar verirsən. Elə bil jurnalistlərlə ünsiyyət səni narahat edir.
– Jurnalistlərin böyük əksəriyyəti ilə heç bir problemim yoxdur. Amma bəzən bəziləri cəfəngiyat yazır və yalan danışırlar. Bununla bağlı nə edə bilərəm?

– Yəqin ki, sən həmin şəxslə birbaşa danışa bilərdin.
– Məhz elə mən də hazırda bunu edirəm.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest