13 İyul 2026, 09:15
FUTBOL
PSJ Yaponiya millisinin qapıçısı Zion Suzukinin transferi ilə bağlı "Parma" ilə danışıqlara başlayıb.
Matc.az xəbər verir ki, bu barədə "La Gazzetta dello Sport" nəşri məlumat yayıb.
Bildirilir ki, tərəflər arasında danışıqlar prosesi sürətlə irəliləyir. 23 yaşlı Suzuki 2026-cı il dünya çempionatında Yaponiya yığmasının əsas qapıçısı olub. Asiya təmsilçisi turnirin 1/16 final mərhələsində Braziliyaya (1:2) uduzaraq mübarizəni dayandırıb.
Qeyd edək ki, gənc qolkiper 2024-cü ilin yayında 7,5 milyon avro qarşılığında Belçikanın STVV klubundan İtaliya təmsilçisinə keçib. O, 2025/26 mövsümündə "Parma"nın heyətində 22 matça çıxıb, qapısında 30 qol görüb və 6 oyunda qapısını toxunulmaz saxlayıb.












