12 İyul 2026, 19:21
FUTBOL
Bosniya və Herseqovina millisinin qapıçısı Nikola Vasil karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.
Matc.az xəbər verir ki, bu barədə insayder Florian Plettenberq məlumat yayıb.
Bildirilir ki, hazırda klubsuz olan Vasilin Almaniyanın "Sankt-Pauli" komandası ilə müqaviləsi iyunun sonunda başa çatıb. 30 yaşlı bosniyalı qolkiper azad agent statusu ilə ötən mövsümün nəticələrinə görə Səudiyyə Ərəbistanının elit divizionuna yüksələn "Əl-Diriyə" klubuna keçəcək.
Qeyd edək ki, Vasil Bosniya və Herseqovina seçməsinin heyətində 2026-cı il dünya çempionatında çıxış edib. O, Serqey Barbarezin rəhbərlik etdiyi komandanın turnirdəki hər 4 oyununda meydana çıxıb. Qolkiperin aktivində milli komandada ümumilikdə 30 matç var.












