"Qalatasaray" "Börnli"nin yarımmüdafiəçisi Lesli Uqoçukvunun keçidi ilə bağlı razılıq əldə edib.

Matc.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano məlumat yayıb.

Bildirilir ki, 22 yaşlı fransalı futbolçu yaxın vaxtlarda Türkiyə klubu ilə müqavilə imzalayacaq. Sazişin ümumi məbləği 30 milyon avrodan az təşkil edəcək.

Qeyd edək ki, "Renn" akademiyasının yetirməsi olan gənc dayaq yarımmüdafiəçisi daha əvvəl "Çelsi" forması geyinib.

O, ötən mövsüm "Börnli" heyətində Premyer Liqada 38 oyuna çıxaraq 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. 190 sm boya malik Uqoçukvu fiziki gücü və rəqibindən top almaq bacarığı ilə seçilir. 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest