Madrid "Real"ının futbolçuları 2026-cı il dünya çempionatda unikal nailiyyətə imza atıblar.
Madrid "Real"ının futbolçuları 2026-cı il dünya çempionatda unikal nailiyyətə imza atıblar.
Matc.az xəbər verir ki, Madrid klubunun oyunçuları cari dünya çempionatında üst-üstə artıq 19 qol vurublar.
Bu, bir dünya birinciliyi turniri üçün yeni klub rekordudur.
Tarixi qola Cud Bellinqem imza atıb. O, Norveç millisinin qapısına dubl edərək ingilisləri turnirin yarımfinalına yüksəldib.
Buna qədər birincilik Macarıstanın "Honved" (1954), Almaniyanın "Bavariya" (2014) və Fransanın PSJ (2022) klublarına məxsus idi. Həmin klubların futbolçuları müvafiq turnirlərdə rəqib qapılarına 18 qol vurmağı bacarmışdılar.
DÇ-2026-da qol vuran "Real"ın oyunçuları:
Kilian Mbappe (Fransa) – 8
Cud Bellinqem (İngiltərə) – 6
Vinisius Junior (Braziliya) – 4
Arda Gülər (Türkiyə) – 1
Qeyd edək ki, ilk yarımfinal cütündə Fransa və İspaniya yığmaları qarşılaşacaqlar. Bu oyun iyulun 14-də Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Digər yarımfinal qarşılaşmasında isə turnirin son çempionu Argentina və İngiltərə milliləri üz-üzə gələcəklər. Nəhəng duel iyulun 15-də Bakı vaxtı ilə saat 23:00-da keçiriləcək.












_1783806674.jpg)
