FİFA Argentina Futbol Assosiasiyasının 2022-ci il dünya çempionatından əldə etdiyi gəlirlərin 30 faizini futbolla heç bir əlaqəsi olmayan "TourProdEnter" adlı ABŞ şirkətinin hesablarına köçürüb.
Matc.az xəbər verir ki, jurnalist Romen Molina məlumat yayıb.
Bildirilir ki, bu məbləğ Argentina assosiasiyasının "Albiseleste"nin dünya çempionatındakı qələbəsi sayəsində qazandığı 300 milyon avroluq ümumi gəlirin 42 milyon avrodan çoxunu təşkil edib. Bu vəsaitlərin köçürülməsinə dair müqavilə hələ 2022-ci ildə Qatarda keçirilən dünya çempionatının finalından 9 gün əvvəl imzalanıb.
Daha əvvəl "CBS Sports" nəşri Federal Təhqiqat Bürosunun (FTB) Argentina Futbol Federasiyasının Amerika Birləşmiş Ştatları ərazisindəki fəaliyyəti ilə bağlı təhqiqata başladığını xəbər vermişdi. Bu təhqiqatın məqsədi Mayamidə yerləşən "TourProdEnter" şirkəti ilə argentinalı idman rəsmiləri arasında əlaqənin olub-olmadığını müəyyən etməkdir.
Argentinanın "La Nacion" qəzetinin məlumatına görə, ABŞ hüquq-mühafizə orqanları Argentina Futbol Federasiyasının ABŞ maliyyə sistemi vasitəsilə həyata keçirdiyi mümkün pul köçürmələrini araşdırır. Bu məbləğ 317 milyon dollara çatır ki, bunun da 57 milyonunun dəqiq köçürülmə təyinatı olmayıb.





_1783806674.jpg)







