"Milan"ın əfsanəvi sabiq müdafiəçisi Paolo Maldini İtaliya milli komandasının texniki direktoru vəzifəsinə təyin edilib.

Matc.az xəbər verir ki, bu barədə İtaliya Futbol Federasiyasının (FIGC) mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, onun müşaviri Maldininin "Rossoneri"dən keçmiş komanda yoldaşı Liuonardu Arauju olacaq.

"Maldini həmişə mənim hədəfim olub. Hesab edirdim ki, o, FIGC-nin təkcə əsas milli komandanı deyil, həm də bütün gənclər yığmaları sistemini əhatə edən texniki istiqamətinə rəhbərlik edə biləcək şəxs ola bilər.

İki həftə ərzində biz bütün layihələri müzakirə etdik, hər birinin üzərində ətraflı dayandıq və Paolo dərhal mənə bildirdi ki, məsləhətçi kimi Liuonardunu məmnuniyyətlə cəlb edər, çünki iş çoxdur, mürəkkəbdir və böyük səy tələb edir.

Mən şadam, çünki Liuonarduya dərindən hörmət edirəm. Bu, bir medalın iki üzüdür: qarşımızda bizi bu gündən 2030-cu ilə qədər – Avropa çempionatından keçərək növbəti dünya çempionatına aparmalı olan 4 illik dövr var", - deyə İtaliya Futbol Federasiyasının prezidenti Covanni Malaqo bu təyinatı şərh edib.

Qeyd edək ki, Paolo Maldini oyunçu karyerası ərzində "Skuadra Adzurra" formasında 126 oyun keçirib və 7 qolla yadda qalıb.

Liuonardu isə "Milan"da ulduz italyan müdafiəçi ilə birlikdə 103 oyun keçirib ki, bu da braziliyalı üçün bütün komanda yoldaşları arasında rekord göstəricidir.

Xatırladaq ki, İtaliya millisi DÇ-2026-ya vəsiqə qazana bilməyib. Seçmə turnirdəki uğursuzluqdan sonra Cennaro Qattuzo "Skuadra Adzurra"nı tərk edib. Hazırda komandaya müvəqqəti olaraq İtaliyanın U-21 gənclər yığmasının baş məşqçisi Silvio Baldini rəhbərlik edir. Baş məşqçi vəzifəsinə isə namizədlərdən biri kimi Antonio Konte göstərilir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest