Birləşmiş Ərəb Əmirliklərindən olan sahibkar və milyarder Xələf Əl-Həbtur dünya çempionatındakı uğurlu çıxışına görə Misir millisinin oyunçularına və heyətinə 59 yolsuzluq avtomobili hədiyyə edəcək.
Birləşmiş Ərəb Əmirliklərindən olan sahibkar və milyarder Xələf Əl-Həbtur dünya çempionatındakı uğurlu çıxışına görə Misir millisinin oyunçularına və heyətinə 59 yolsuzluq avtomobili hədiyyə edəcək.
Matc.az xəbər verir ki, bu barədə "The National" nəşri məlumat yayıb.
Bildirilir ki, iş adamının təsis etdiyi "Al Habtoor Group" şirkətinin nümayəndəsi 59 ədəd "Mitsubishi Eclipse Cross" krossoverinin artıq göndərilməyə hazırlandığını təsdiqləyib. Avtomobilləri yalnız futbolçular deyil, həm də komandanın texniki, inzibati və tibbi heyəti əldə edəcək.
Əl-Həbturun sözlərinə görə, o, bu uğuru kollektiv əməyin nəticəsi hesab etdiyi üçün hamını mükafatlandırmaq qərarına gəlib. Maşınların təhvil verilməsi planı barədə artıq Misir Futbol Assosiasiyasına məlumat verilib.
"Misirin sevinci hər bir ərəbin sevincidir. Bu hədiyyə ölkələrini tanıdan, azarkeşləri sevindirən, hər bir ərəbə qətiyyət, əzmkarlıq və döyüş ruhu dərsi keçən Misir qəhrəmanlarına sevgimizin və minnətdarlığımızın ifadəsidir", – deyə milyarder özünün "X" sosial şəbəkəsindəki səhifəsində yazıb.
Qeyd edək ki, Misir millisi tarixində ilk dəfə dünya çempionatının 1/8 finalına yüksəlib və burada Argentina komandasına 2:3 hesabı ilə uduzub.

_1783806674.jpg)











