Peru sənədlərin qeydiyyatı milli reyestrinin məlumatına görə, 2026-cı ilin dünya çempionatı zamanı Peruda doğulan 500-dən çox uşağa Norveç millisinin hücumçusu Erlinq Holandın adı verilib.

Matc.az xəbər verir ki, bu barədə AFP agentliyi məlumat yayıb.

Bildirilir ki, körpələrdən 468-nə Haland, daha 91-nə isə Erlinq Haland adı qoyulub. Bu adla qeydiyyata alınan yeni doğulmuş uşaqların əksəriyyəti dünya birinciliyi başladıqdan sonra qeydə alınıb, xüsusən də Norveç millisinin turnirin 1/4 finalına yüksəlməsindən sonra onların sayı kəskin artıb.

Halandın 25 yaşı var və o, İngiltərənin "Mançester Siti" klubunda çıxış edir. 2026-cı ilin dünya çempionatı onun karyerasında ilk belə turnirdir. O, keçirdiyi 4 matçda 7 qol vurub və planet birinciliyinin ən yaxşı bombardirləri siyahısında üçüncü yerdə qərarlaşıb.

Tarixində ilk dəfə dünya çempionatının 1/4 finalına yüksələn Norveç millisi iyulun 12-nə keçən gecə İngiltərə komandasına qarşı oyun keçirəcək. Turnir iyulun 19-da başa çatacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest