Roma "Latsio"sunun ispaniyalı mərkəz müdafiəçisi Mario Hila "Milan"ın oyunçusu olub.
Matc.az xəbər verir ki, bu barədə "rossoneri"nin mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, müqavilə 5 illik – 2031-ci ilin yayına qədər nəzərdə tutulub. Transfer məbləği açıqlanmır, lakin medianın məlumatına görə, söhbət 30 milyon avrodan gəzir.
Bu məbləğin 50 faizini müdafiəçinin əvvəlki klubu, Madrid "Real"ı əldə edəcək. "Milan"ın heyətində Hila 34-cü nömrə altında çıxış edəcək.
Müdafiəçi 2022-ci ilin yayından, italyanların onun üçün 6 milyon avro ödədiyi vaxtdan bəri "Latsio"da çıxış edirdi. Ümumilikdə bu müddət ərzində Hila Roma klubunun heyətində bütün turnirlərdə 120 matç keçirib və 2 qol vurub.
"Milan" müdafiəçi uğrunda mübarizədə "Napoli"ni qabaqlayıb. Bu durumun neapolluların yeni çalışdırıcısı Massimiliano Alleqrini qəzəbləndirdiyi bildirilir.













