11 İyul 2026, 15:50
FUTBOL
"Barselona" "Borussiya"nın almaniyalı vingeri Kərim Adeyemi ilə müqavilə imzalamağa çox yaxındır.
Matc.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano məlumat yayıb.
Bildirilir ki, klublar artıq oyunçunun transferini razılaşdırıblar. Dortmund klububu 22 milyon avro, həmçinin vingerin qazanacağı titullardan və keçirəcəyi oyunların sayından asılı olaraq 7 milyon avro mümkün bonus əldə edəcək.
Adeyemi Almaniya klubuna 2022-cü ilin yayında " Zalsburq"dan 30 milyon avro qarşılığında keçib. O vaxtdan bəri bütün turnirlərdə 146 matçda iştirak edib, 36 qol vurub və 25 məhsuldar ötürmə edib.
Vinger Almaniya millisinin heyətində 11 oyunda 1 qol vurub, 2026-cı ilin dünya çempionatında isə iştirak etməyib.













