"Lester Siti"nin 17 yaşlı vingeri Ceremi Monqa "Mançester Siti" ilə müqavilə imzalayıb.
Matc.az xəbər verir ki, bu barədə "şəhərlilər"in mətbuat xidməti klubun rəsmi saytında məlumat yayıb.
Bildirilir ki, futbolçu ilə 5 illik – 2031-ci ilin yayına qədər müqavilə imzalanıb. Transfer məbləği 10 milyon funt-sterlinq (11,7 milyon avro) təşkil edib, həmçinin bonus şəklində 2,5 milyon funt-sterlinq (2,9 milyon avro) nəzərdə tutulub.
"Mançester Siti"nin mənimlə maraqlandığını biləndə bunun doğru seçim olduğunu dərhal anladım. Burada olmaq mənim üçün böyük şərəfdir və komandaya qoşulduğum üçün şadam", – deyə Monqanın sözlərini klubun mətbuat xidməti sitat gətirib.
Ötən mövsüm Ceremi Monqa "Lester"in heyətində 30 oyunda meydana çıxıb, 1 qol vurub və 2 məhsuldar ötürmə edib. "Transfermarkt" portalında oyunçunun bazar dəyəri 15 milyon avrodur.













