Milanın "İnter" klubu Belçikanın "Yunion Sent-Jilvaz" komandasının və İsrail millisinin sağ cinah müdafiəçisi Anan Halailinin transferini razılaşdırıb.
Matc.az xəbər verir ki, bu barədə insayder Nikolo Skira məlumat yayıb.
Bildirilir ki, keçidin məbləği 25 milyon avro təşkil edəcək, həmçinin bura 3 milyon avro mümkün bonuslar da daxildir. 21 yaşlı futbolçu İtaliyanın son çempionu ilə illik maaşı 1,8 milyon avro olmaqla 5 illik müqavilə imzalayacaq.
Halaili "İnter"də Madrid "Real"ına satılan niderlandlı Denzel Dumfrisi əvəzləyəcək. Onun yerinə Marko Palestranın da namizədliyi nəzərdən keçirilsə də, gənc oyunçu uğrunda mübarizədə "Çelsi" qalib gəlib.
Qeyd edək ki, Halaili ötən mövsüm "Yunion Sent-Jilvaz"ın heyətində bütün turnirlərdə çıxdığı 52 matçda 6 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb. Lateral İsrail yığmasının heyətində artıq 16 oyun keçirib, lakin qol vura bilməyib.













